“Banklararası Boulinq Çempionatı-2019” keçirilib

23 fevral 2019-cu il tarixində Azərbaycan banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Banklararası Boulinq Çempionatı-2019” keçirilib.

Çempionatda 19 bankı təmsil edən komandalar iştirak edib. Boulinq Çempionatı 3 turdan ibarət olub.

Son nəticələrə görə, “NBCBank” ASC 1-ci, “Muğanbank” ASC“ 2-ci, Azərbaycan Beynəlxalq Bankı” ASC 3-cü yerə layiq görülüb. Qalib komandalar uduş fondunda təyin edilən hədiyyələr və kubokla mükafatlandırılıblar.

“Banklararası Boulinq Çempionatı-2019” “Antaris” MMC-nin təşkilati dəstəyi ilə keçirilib.

Qeyd edək ki, tədbir Azərbaycan Banklar Assosiasiyasının (ABA)  Strateji Planında üzv banklarla birgə sosial yönlü layihələrin həyata keçirilməsi hədəfinə uyğun olaraq təşkil edilib.

Xatırladaq ki, “Banklararası Boulinq Çempionatı” bu il ilk dəfə olaraq keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır