Azərbaycan Banklar Assosiasiyasının (ABA) sosial yönlütədbirlərini davam edirir.
Ötən ildən etibarən ABA Azərbaycan Şahmat Federasiyası ilə birgə Azərbaycanda şahmatın kütləviliyini artırmaq və bank sektorunda çalışanların asudə vaxtlarını səmərəli təşkil etmək məqsədi ilə, Ümummilli lider Heydər Əliyevin anadan olma gününə həsr edilmiş banklararası şahmat yarışını illik əsasda keçirməyi qərara alıb. Bununla əlaqədar, 15-24 may 2017-ci il tarixlərində ABA tərəfindən növbəti banklararası şahmat yarışı keçiriləcəkdir.
Yarışda Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bankların əməkdaşları iştirak etmək hüququna malikdirlər. Yarış “İsveçrə” sistemi üzrə 9 turdan ibarət olaraq FİDE qaydalarına əsasən şəxsi hesab üzrə keçiriləcək.