Banklarda depozitin minimum məbləği və faizləri – SİYAHI

BBN.az analitika portalı yeni bazar araşdırmasını Sizə təqdim edir. Bu yazıda banklarda əmanət yerləşdirmək üçün tələb edilən minimum məbləğ və bu əmanətin faiz dərəcəsi ilə bağlı araşdırma həyata keçirdik. Ümumi mənzərə onu deməyə imkan verir ki,  əksər banklarda əmanət yerləşdirmək üçün ən azı 100-500 manat arasında vəsaitiniz olmalıdır.

Əmanət üçün minimum məbləğ təyin etməyən bank isə “Azərbaycan Sənaye Bankı” ASC-dir.  Bankdan verilən məlumata əsasən, hətta 1 manatlıq əmanət hesabının açılması da mümkündür.

Depozit yerləşdirmək üçün tələb edilən ən yüksək rəqəm isə “Silk Vey Bank” ASC-dədir. Bu bankada depozit yerləşdirmək üçün ən azı yarım milyon manatınız olmalıdır. Onu 100 000 manatlıq tələblə “PAŞA Bank” ASC izləyir.

Minimum məbləğlər üçün təklif edilən maksimum faiz dərəcəsi isə “DəmirBank” ASC (17%), “TuranBank” ASC (16.5%), “Bank BTB” ASC (16%) və “Nikoil Bank İKB” ASC-dədir (15.5%).

Banklar Minimum depozit həcmi , manatla Məbləğə görə nəzərdə tutulan  illik faiz
1 AccessBank QSC 50 15%
2 AFB Bank ASC 1000 7%
3 AGBank ASC 100 15%
4 Amrahbank ASC 50 15%
5 AtaBank ASC 500 15%
6 Azər Türk Bank ASC 500 14%
7 Azərbaycan Beynəlxalq Bankı ASC 500 12%
8 Azərbaycan Sənaye Bankı ASC Minimal məbləğ yoxdur 12%
9 Bank Avrasiya ASC 100 10%
10 Bank BTB ASC 100 16%
11 Bank Melli İran Bakı filialı 5000 10%
12 Bank of  Baku ASC 100 13%
13 Bank Respublika ASC 200 14%
14 Bank VTB (Azərbaycan) ASC 100 14%
15 DəmirBank ASC 100 17%
16 Expressbank ASC 50 14%
17 Günay Bank ASC 500 12%
18 Kapital Bank ASC 100 12%
19 Muğanbank ASC* 500 4%
20 Naxçıvanbank ASC 100 2%
21 NBCBank ASC 200 15%
22 Nikoil Bank İKB ASC 100 15.5%
23 PAŞA Bank ASC 100 000 10.5%
24 Rabitəbank ASC 200 15%
25 Silk Vey Bank ASC 500 000 2%
26 TuranBank ASC 100 16.5%
27 Unibank KB ASC 50 12%
28 Xalq Bank ASC 100 6%
29 Yapı Kredi Bank Azərbaycan QSC 250 14%
30 Ziraat Bank Azərbaycan ASC 1000 15%

“Muğanbank” ASC fazi dərəcəsi 6 aylıq dövr üçün nəzərdə tutulub.

Bu tip bazar araşdırmalarını mütəmadi olaraq oxumaq istəyirsinizsə, BBN.az analitika portalının facebook səhifəsini bəyənin. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır