Banklarda elektron ödəniş üçün yeni versiya tətbiq olunacaq

Banklarda elektron ödəniş üçün “PCI DSS” texnologiyasının ən son standartlarından olan 3.2 versiyası tətbiq olunacaq.

Bu haqda BBN.az portalına Mərkəzi Bankdan məlumat daxil olub.

Məlumata əsasən,  yeni versiyanın tətbiqi ilə bağlı banklarda geniş iş aparılır. Sistem kartlarla aparılan bütün əmıliyyatların təhlükəsizliyininin ən yüksək səviyyədə təmin olunmasına imkan verəcək. Hazırda bankların çoxu plastik kart müştərilərini “3D Secure” təhlükəsizlik sistemiylə təmin edib.Bununla yanaşı “Azərpoçt” MMC-nin “ MasterCArd” sahibləri də təhlükəsizliyi təmin etmək məqsədiylə bu texnologiyanı tətbiq edir.

Qeyd edək ki , Azərbaycan banklarının əksəriyyəti artıq “PCI DSS” sertifikatını əldə edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır