Banklarda kredit kartlarının faiz dərəcələri nə qədərdir? – ARAŞDIRMA

BBN.az analitika portalı yeni bazar araşdırmasını Sizə təqdim edir. Bu yazıda banklarda milli və xarici valyutada verilən kredit kartlarının faiz dərəcələri təqdim edilib.

Kredit kartlarının verilməsi iyirmi bank tərəfindən həyata keçirilib. Milli valyutada verilən kreditin ən aşağı faiz dərəcəsi “Naxçıvanbank” ASC- ə (20%) , ən yüksək faiz dərəcəsi isə “Bank BTB” ASC-ə məxsus olub ki, burada müvafiq olaraq faiz dərəcəsi 29% və 32% arasında dəyişib. Bununla yanaşı “DəmirBank” ASC (29%), “NBCBank” ASC (29%), “Rabitəbank” ASC (29%) , “Unibank” KB ASC (29%) və “Bank of Baku” ASC (28-32%) yüksək faiz dərəcələri ilə seçilib.

Xarici valyutada verilən kreditdə  ən aşağı faiz dərəcəsini tətbiq edən bank “Azər Türk Bank” ASC(16%), ən yüksək faiz dərəcəsini tətbiq edən bank isə “Bank BTB” ASC (29%-32%)-dir. Banklarda milli valyutada verilən kredit kartlarının orta faiz dərəcələri 27.07%, xarici valyutada verilən kredit kartlarının orta faiz dərəcələri isə 24.5%- dir.

Banklar

Milli valyutada verilən kredit (%) Xarici valyutada verilən kredit(%)
6 aya qədər illik 18 ay 24 ay illik 18 ay

24 ay

AccessBank QSC

  24     24    
Amrahbank ASC   28     28  

AtaBank ASC

  28    
Azər Türk Bank ASC   22-26 23 24 16

 

Azərbaycan Beynəlxalq Bankı ASC

  24-28     18-22    
Azərbaycan Sənaye Bankı ASC   27     27

 

Bank BTB ASC

29-32 29-32 29-32 29-32 29-32 29-32 29-32
Bank Melli İran Bakı filialı 27      

Bank of Baku ASC

  28-32    

Bank VTB (Azərbaycan)ASC

  26-28     26-28    
DəmirBank ASC   29    

Expressbank ASC

  28    
Xalq Bank ASC 16-28

 

Kapital Bank ASC

  25    
Naxçıvanbank ASC   20    

NBCBank ASC

  29    
NIKOYL Bank IKB ASC   28    

Rabitəbank ASC

  29    
TuranBank ASC   26 27 28 26 27

28

Unibank KB ASC

  29    

Qeyd edək ki, cədvəldə qeyd edilən faiz dərəcələri bankların rəsmi internet səhifələrində 1 dekabr tarixinə olan məlumatlara əsasən götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır