Bankların kassalarında nə qədər dollar var?

2016-cı ilin sonunda bankların filiallarında və bankomatlarında olan xarici valyutanın həcmi 281.1 mln dollar təşkil edib.

Bu rəqəm Mərkəzi Bankın və Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı göstəricilərdən məlum olur.

Ötən ilin sonuna bankların kassalarında olan vəsaitin manat ifadəsində həcmi 1081.7 mln. manat təşkil edib. Bu vəsaitin 583.9 mln. manatı və ya 54%-i manatla olan nağd vəsaitlərdir. 2016-cı ilin sonuna Banklarda xarici valyutada olan nağd vəsait isə 281.1 mln. dollardır (497.8 mln. manat ekvivalentində) ki, bu da bankların filiallarında və bankomatlarında olan pulun 46%-ni təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır