Banklardan “Novruz xonçası”

Azərbaycan Respublikası Mərkəzi Bankının təşəbbüsü ilə 14 Mart 2017-ci il tarixində Park Bulvar əyləncə və ticarət kompleksinin 1-ci mərtəbəsində “Novruz xonçası” adlı tədbir həyata keçiriləcəkdir.
Tədbirin məqsədi maliyyə savadlılığının əhali arasında ictimai dəyər kimi tanınmasını təmin etmək, bank və sığorta şirkətlərinin məhsul və xidmətləri haqqında onları ətraflı məlumatlandırmaqdır. Gün ərzində əhali ödəniş kartları və nağdsız ödənişlərin üstünlükləri, həmçinin sığorta və onun əhəmiyyəti barədə maarifləndiriləcək.
Tədbirdə aşağıdakı qurumlar iştirak edir:
• Azərbaycan Respublikasının Mərkəzi Bankı
• Azərbaycan Banklar Assosiasiyası
• “Expressbank” ASC
• “Amrahbank” ASC
• “AtaBank” ASC
• “Bakı Sığorta” ASC
Tədbirə qatılanları kiçik hədiyyələr gözləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır