Bankların aktivləri 1 mlrd. manata yaxın artıb

Azərbaycanda  fəaliyyət göstərən 32 bankın 31 yanvar 2017-ci il tarixinə cəmi aktivləri 32,407.1  milyon manat təşkil edib ki, bu da 2016-cı ilin dekabr ayına nisbətdə 967.6 mln. manat və ya 3.1% artıb.

Bu haqda BBN.az saytına Maliyyə Bazarlarına Nəzarət Palatasından məlumat verilib.

Hesabat dövründə isə bank sektorunun cəmi öhdəlikləri 30,347.5 milyon manat (aylıq 2.8% artım) təşkil edib. Sektorun balans kapitalı 2,059.6 milyon manatdır (aylıq 7.9% artım). Əhalinin əmanətləri 7,691.3 milyon manat (aylıq 3.5% artım) həcmindədir.

Bankların filiallarının sayı 569, söbələrinin sayı 132, ATM-lərin sayı 2468-dir.

Bütövlükdə, bank sektorunun işçi heyəti 16 928 nəfər təşkil edir. Ötən ay isə bu say  16 947 idi.

Bank icmal 31 yanvar 2017-ci il

Bank icmalı 30 dekabr 2016-cı il

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır