16 noyabr 2016-cı il tarixində Azərbaycan Banklar Assosasiyasının (ABA) İpoteka Krediti Proqramının inkişafı üzrə Ekspert qrupunun növbəti iclası keçirilib.
İclas zamanı sektorun öndə gələn banklarının ipoteka kreditləri üzrə ekspertləri bu sahədə olan mövcud problemləri müzakirə etməklə mümkün həll yolları irəli sürüblər.
Həmçinin iclasda yeni ipoteka şərtlərini ətrafında fikir mübadiləsi aparılıb.