Bankların kapitalı 40%-dək artıb

2017-ci ilin fevral ayının sonunda Azərbaycanda fəaliyyət göstərən bütün bankların cəmi aktivləri 30,419.2 milyon manat təşkil edib ki, bu göstərici cari ilin yanvar ayı ilə müqayisədə 6%, 2016-cı ilin yekunu ilə müqayisədə 3.2% azalıb.

Qeyd edək ki, fevral ayının sonunda bank sektorunda cəmi öhdəliklər  27,772.7 milyon manat olub ki, buda 2017-ci ilin yanvar ayının sonu ilə müqayisədə 8%, ötən ilin yekunu ilə müqayisədə isə 6% azdır.

Cəmi kapital göstəricisi isə fevral ayının sonunda 2,646.6 milyon manat olub ki,  yanvar ayının yekunu ilə müqayisədə 29%, ötən ilin yekunu ilə müqayisədə isə 39% artıb.

BBN.az bu barədə bank sektorunun icmal göstəricilərinə istinadən xəbər verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır