Bankların likvid vəsaitləri cüzi artıb

2016-cı ilin noyabr ayının sonuna likvid vəsaitlərinin həcmi 13 840.8 mln. manat təşkil edib ki, bu da oktyabr ayı ilə müqayisədə 0.2% artıb.

Bu məbləğin tərkibində nağd vəsaitlərin həcmi 1 171.1 mln. manat təşkil edir ki, bu aylıq müqayisədə 11.8% azalıb.

Bankların Mərkəzi Bankda yerlşən müxbir hesablarındakı vəsaitin həcmi 3 704.4 mln. manat (aylıq olaraq 8.1% artım), bankları “nostro” hesabları 1 652.2 mln. manat (aylıq olaraq 4.2% artım), maliyyə institutlarındakı depozitlərin həcmi 7 313 mln. manat (aylıq olaraq 2.2% azalma) təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır