Bankların mənfəəti 132 mln. manat artıb

2017-ci ilin iyul ayının sonuna Azərbaycan banklarının mənfəəti 216 mln. manat təşkil edib ki,  bu da ötən ayla müqayisədə 131.9 mln. manat daha çoxdur.

Bu haqda Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatında qeyd edilir.

Həmçinin məlumata əsasən,  bankların bu ilin ilk yeddi ayı ərzində əldə etdikləri faiz gəlirləri 1 145.6 mln. manat,  qeyri-faiz gəlirləri isə 497.3 mln. manat təşkil edir.

Xərclər çıxıldıqdan sonra faiz məntəəti 586.5 mln. manat olsa da, banklar 56.1 mln. manatlıq  qeyri-faiz zərəri ilə üzləşiblər.

Ehtiyat ayırmaları isə 297.3 mln. manat təşkil edib ki,  bu da ötən aya nisbətdə 111.6 mln. manat azdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır