Azərbaycanın kommersiya bankları öz vəsaitlərini qiymətli kağızlara yönəltməyə davam edirlər. Belə ki, 2017-ci ilin avqust ayının sonuna banklar tərəfindən qiyməli kağızlara yönəldilən vəsaitin həcmi 5034.2 mln. manat təşkil edib ki, bu da ötən ayla müqayisədə 19% və ya 808.6 mln. manat çoxdur.
Bu haqda Maliyyə Bazarlarına Nəzarət Palatasının hesabatında əks etdirilib.
İlin əvvəli ilə müqayisədə isə qiymtəli kağızlara olan investisiyalar 12.1 dəfə artıb.