Banklarla kapital bazarının inkişafı istiqamətində görüş keçirilib

27 noyabr tarixində Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) bankların, Milli Depozit Mərkəzinin (MDM), Bakı Fond Birjasının (BFB) və Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndələri ilə görüş təşkil edilib.

Görüşdə bankların kapital bazarlarında birbaşa iştirak etməsi və investisiya xidmətlərini həyata keçirməsi, habelə Azərbaycan Respublikasının Mərkəzi Bankının notları ilə bağlanan əqdlər üzrə klirinq-hesablaşmaların optimallaşdırılması ilə bağlı təqdimatlar keçirildib. Qeyd olunub ki, bankların investisiya şirkətinin vasitəçiliyi olmadan qiymətli kağızlar bazarında iştirak etməsi bazarın inkişafında əhəmiyyətli rol oynaya bilər.

Daha sonra mövzu ilə bağlı iştirakçıların sualları ətrafında müzakirələr aparılıb, fikirlər dinlənilib. Qərara alınıb ki, təqdim edilmiş mövzular üzrə işlər davam etdirilsin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır