Bu bank bankomat şəbəkəsini genişləndirir

VTB (Azərbaycan)AzərTürk Bank bankomat şəbəkəsinin genişləndirilməsi üzrə tərəfdaşlıq sövdələşməsi imzalayıb. İndi bank VTB (Azərbaycan) –nın  kart sahibləri pul vəsaitlərini AzərTürk Bank ATM-lərində 0% komissiyası ilə nağdılaşdıra bilər.

BBN.az banka istinadən xəbər verir ki, VTB (Azərbaycan) müştəriləri AzərTürk Bank bankomatlarında olan «Card to Card», parolun alınması, 3D Secure, SMS-xəbərdarlıq kimi əlavə xidmətlərdən də istifadə edə bilər. Hazırda VTB (Azərbaycan) kart istifadəçiləri ölkə ərazisində PASHA Bank, NIKOIL Bank, AzərTürk Bank kimi yerli bankların 70-dən çox bankomatlarından yararlana bilər.

Eləcə də VTB (Azərbaycan) Rusiya, Qazaxıstan, Gürcüstan, Belarus və Ukraynadakı VTB qrupun banklarına aid bankomatlarından  pul vəsaitlərin banklararası komissiya tutulmadan nağdlaşdırılma xidmətini təklif edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır