Bankomat və pos-terminalların sayı azalır

AMB 2017-ci il avqust ayı ərzində bankomat və pos-terminalların sayını açıqlayıb. Belə ki, sentyabrın 1-nə Azərbaycanda quraşdırılan bankomatların sayı 2 495 ədəd, pos-terminalların sayı isə 68 437 ədəd təşkil edib.

Bankomatların sayı ötən ayla müqayisədə 10 ədəd və ya 0,4%, ötən ilin müvafiq dövrü ilə müqayisədə  isə 51 ədəd və ya 2% azalıb.

Həmçinin, pos-terminalların sayı ötən ayla müqayisədə 1001 ədəd və ya 1.4%, ötən ilin müvafiq dövrü ilə müqayisədə  isə 1881 ədəd və ya 2.7% azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır