Bankomatların sayı artıb

Mərkəzi Bankın Statistik Bülleteninə əsasən, 2017-ci ilin fevral ayının əvvəlinə ölkə ərazisindəki bankomatların sayı 2461  ədəd təşkil edib.

Bu göstərici 2016-cı ilin dekabr ayının sonuna olan göstərici ilə müqayisədə 7 ədəd və ya 0,3% artım deməkdir. Ötən ilin analoji dövrü ilə müqayisədə isə 112 ədəd və ya 4,4%-lik azalma müşahidə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır