Bank VTB (Azərbaycan)-ınfiziki şəxslər üzrə manat əmanət portfeli 2016-cı ilin əvvəlindən 15 dekabr tarixinədək 72% artıb. Bu müddət ərzində əmanətlərin strukturunda ən böyük artımı müddətli əmanətlər nümayiş etdirib: cari ilin əvvəlindən 15 dekabr tarixinə pərakəndə müştərilərin manat əmanətləri üzrə artım 79,4% təşkil edib. Əhalinin əmanətlərinin sabit artımı VTB (Azərbaycan)-a etibarın və bankın dayanıqlı inkişafının nəticəsidir.
Depozit portfelində qeyd olunan müsbət dinamika ilk növbədə bankın əmanət məhsullarının çevik şərtləri sayəsində əhalinin tələbatına cavab verməsi ilə izah edilir. Belə ki, müddətindən və faizlərin ödəmə şərtlərindən asılı olaraq VTB (Azərbaycan) müştərilərinə illik 15 -17% yüksək gəlirliliyi olan əmanət məhsulları təklif edir. Dekabrın əvvəlindın başlayaraq 2017-ci il 31 yanvar tarixinədək bank, “Yeni İl Hədiyyəsi” adlı Aksiya çərçivəsində milli valyutada açılan əmanətlərin faiz gəlirlərinin üzərinə +1% əlavə edir.