Böyük Britaniya mərkəzli “Barclays” bankı iki innovativ məhsulunun inteqrasiyasına qərar verib.
Bankın ilk təmassız ödəmə texnologiyalarından olan BPay təmassız ödəniş biləklikləri ilə 3.5 milyondan çox istifadəçiyə malik Pingit pul köçürmə tətbiqetməsi birləşdiriləcək.
Bankın Baş İcraçı Direktoru Jes Staley bildirib ki, sözügedən birləşmə ödəmə texnologiyaları bazarının “Apple Inc” və “Amazon Inc” kimi nəhənglərinə, habelə “Monzo Bank” kimi sürətlə inkişaf edən qurumlarına qarşı “Barclays”-ın rəqabət qabiliyyətini gücləndirmək məqsədi güdür