Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ötən ay Vyanada təşkil olunan iclasda istehsalı azaltma qərarı vermişdi. Qərarı Rusiya da dəstəkləmişdi. Bu həmlənin qiymətləri artırması gözlənilirdi, amma əksinə oldu. Həmən gün 55 dollar ətrafında olan neft qiymətləri növbəti gün 52 dollara qədər endi. Bu gün isə 45 dollardan da aşağıdır.
Digər tərəfdən, Barclays Equity Reaserch, 2017 və 2018-ci il üçün brent markalı neftin proqnozunu yenidən ciddi yoxlayaraq qiymətləri 2017-ci il üçün 52 dollara, 2018-ci il üçün 57 dollara endirib. Barclays daha əvvəl 2017-ci ildə 56 dollar, 2018-ci ildə 67 dollar olacağını demişdi.
2019-cu il üçün olan proqnoz isə dəyişməyib. Proqnoza görə, 2019-cu ildə qiymət 60 dollar olacaq.