“Mastercard” Böyük Britaniyada barmaq izini oxuya bilən kartları sınaqdan keçirməyə başlayıb.
Xatırladaq ki, texnologiya bundan daha əvvəl Cənubi Afrikada da sınaqdan keçirilib. Bu biometrik kart vasitəsilə kartın sağ küncündə şəxsin barmaq izi skanerlə yerləşdirilir.
Prosesi həyata keçirmək üçün terminallarda da hansısa dəyişiklik etməyə, onların sistemini yeniləməyə ehtiyac yoxdur. Artıq 2019-cu ildən etibarən bu sistem tam işləməsi üçün üstündə işləniləcək.
“Matercard”ın sözcüsü bildirib ki, sistemin İngiltərədə işləyə bilməsi üçün artıq bank nümayəndələri ilə danışıqlara başlanılıb.
Həmçinin yayılan məlumatlara görə, “Mastercard” “selfie” vasitəsilə də ödəmələrin reallaşdırıla bilməsi üçün işlər görür.