Baş direktoru düzgün təyin edin – Harvard Business Review

Rəhbər kadrların seçimi ilə məşğul olan DHR International şirkətindən Ceffri Kon və Green Peak Partners konsaltinq şirkətindən C.Flom 32 birbaşa investisiya fondunun idarəedici tərəfdaşlarından müsahibə götürdü. Tədqiqatçıları sürpriz gözləyirdi: top menecerlər bildirdilər ki, illər keçdikcə onlar iş təcrübəsinə daha az, şəxsiyyətlərarası ünsiyyətə daha çox diqqət yetirməyə başlayıblar. “Birbaşa investisiya fondlarının öz fəlsəfəsi və öz prosesləri var” –deyə Kon qeyd edir.

Tədqiqatçılar 5 mühüm nəticəyə gəldilər:

1. İş təcrübəsi – həddən artıq qiymətləndirilən göstəricidir. Baş direktor axtarırsansa, bu vəzifədə təcrübə bu sahədə iş uğurun zəmanəti kimi görünür. Amma namizədləri birinci meyar üzrə seçib azaltsanız, seçimi olduqca kiçildə bilərsinizsə, bunu ikinci meyar üzrə etsəniz, öz sahəsinə hədsiz öyrəşən, onun stereotiplərinə batıb qalan və əvvəlki iş yerində etdiklərini təkrar edənlərlə qalacaqsınız.

2.Başlıcası – komanda qurmağı bacarmaqdır. Araşdırmaya cəlb edilən 13 xarakteristikadan ən vacibi namizədin güclü komanda toplamaq qabiliyyəti hesab edilir. Bu əsaslıdır, çünki çox vaxt yeni sahib biznesi tamamilə dəyişməyi təklif edir və yeni baş direktor bütün rəhbərliyi dəyişir.

3. Dedlaynlar insanlardan daha vacibdir. Birbaşa investisiya fondları tabeliklərində olan şirkətlərin investisiyaları satış, yaxud IPO (standart müddət – beş il) vasitəsilə hansı müddətə qaytarmalı olduğunu dəqiq bilirlər. Baş direktorun işi diqqətlə izlənərək, ondan xərclərin cəld azaldılması və gəlirin artırılması tələb olunacaq.

4. Dəyanətlilik. Hər valideyn bilir ki, yıxılmadan sonra qalxa bilmək bacarığı uşağın xarakterinin formalaşması üçün çox vacibdir. Birbaşa investisiya fondlarında onu liderin ayrılmaz xüsusiyyəti hesab edirlər. Burada həyatı bütünlüklə uğurlu olan namizədlərə şübhə ilə baxırlar.

5. Həqiqilik və səmimilik. “Həqiqiliyi” hərə bir cür təfsir edir, birbaşa investisiya fondlarında bu söz açıqlığı və hətta pis xəbərləri bölüşməyə hazırlığı nəzərdə tutur. Publik şirkətdə mənfini ehtiyatla “ötürmək” lazımdır, çünki bu şirkətin səhminin qiymətinə təsir edə bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır