“Başak İnam Sığorta”nın öhdəlikləri qiymətləndirilir

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) ötən həftənin sonu lisenziyasını ləğv etdiyi “Başak İnam Sığorta” ASC-nin inzibatçısı məlum olub.

Məlumata görə, bu, palatanın Sığorta nəzarəti Departamentinin əməkdaşı Aqşin Əlizadədir.

“Hazırda inzibatçının iştirakı ilə “Başak İnam Sığorta”nın öhdəlikləri qiymətləndirilir. Bu öhdəliklərin digər sığorta şirkətinə ötürülüb-ötürülməyəcəyi hələ ki, məlum deyil. Bununla belə, “Başak İnam Sığorta”nın öhdəliklərini yerinə yetirmək üçün maliyyə imkanları var. Onun maliyyə vəziyyəti bundan əvvəl bağlanmış digər sığorta şirkətləri ilə müqayisədə pis deyil”, – deyə “Başak İnam Sığorta”dan bildirilib.

 

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır