2017-ci il noyabrın 7-də “Başak-İnam Sığorta Şirkəti” ASC-nin baş ofis binasında “Başak-İnam Sığorta Şirkəti” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Ümumi yığıncağın gündəliyinə cəmiyyətin 2017-cı il üzrə 9 aylıq fəaliyyətinin yekunu; direktorlar şurasının üzvlərinin seçilməsi; idarə heyətinin üzvlərinin seçilməsi haqqında; təftiş komissiyasının üzvlərinin seçilməsi haqqında məsələlər daxildir.