Bayram günlərində hansı banklar fəaliyyət göstərəcək?

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) tövsiyəsi ilə 30 dekabr – 3 yanvar bayram günləri ərzində bankların filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq.

Bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə rahat çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 24 bankın 139 filial və şöbəsi 30 dekabr – 3 yanvar tarixlərində müştərilərə xidmət göstərəcək.

Qeyd edək ki, bayram günlərində fəaliyyət göstərəcək bankların iş qrafiki ilə aşağıdakı cədvəldən tanış ola blərsiniz.

Bankların iş qrafiki – CƏDVƏL

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır