BDDK: “Türkiyə 15-20 ildir ki, böyük krizlər yaşamır.”

“Türkiyə 15-20 ildir ki, böyük krizlər yaşamır. Lakin 1990-2000-ci illərdə böhran zamanlarında Türkiyə istehlaka əsaslanan inkişafa meyl etmişdi. Bank sektorunda ciddi nəzarət lazım idi çünki bu işlə məşğuıl olan konkret bir qurum yox idi. Krizlər yaşayan bankların sağlamlaşdırılması 3-5 ildən çox gecikmişdi. Bunun nəticəsi olaraq borclanma kəskin artmış və davamlı inkişaf təmin edilə bilməmişdi. 2000-ci illərə qədər bankların sayında ciddi artım baş vermişdi ki, bu da nəzarəti daha da çətinləşdirmişdi.”

Bu haqda 24 noyabr tarixində Azərbaycan Banklar Assosiasiyası tərəfindən keçirilən “Post-neft dövründə bank sisteminin inkişafı: yeni çağırışlar və perspektivlər adlı İlk Bankçılıq Forumunda  BDDK-Türkiyənin Bankçılığının Tənzimlənməsi və Nəzarəti Agentliyinin Risklərin idarəedilməsi departamentinin rəhbəri Erhan Çetinkaya bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır