BEA OPEC-in ehtiyac duyduğu xam neft proqnozunu aşağı salıb

Beynəlxalq Enerji Agentliyi (BEA), Neft İstehsal Edən Ölkələr Təşkilatının (OPEC) bu il və 2018-ci ildə ehtiyac duyacağı xam neft proqnozunu aşağı endirib.

BEA-nın aylıq hesabatında, qlobal neft bazarlarının OPEC və müttəfiqlərinin tətbiq etdiyi Neft hasilatının azaldılmasının yenidən tarazlığa qovuşduğu bildirilib. Həmçinin, yenə də, ehtiyatların yüksək qaldığı və OPEC-in ehtiyac duyduğu xam neft həcminin, bəzi inkişaf edən ölkələrdə istehlakın olduğundan çox təxmin edilməsi ilə əlaqədar olaraq əvvəl düşünüləndən daha az olduğu qeyd edilib.

Bu il OPEC-in , təxminən gündəlik 32.6 milyon barrel neftə ehtiyacı var. Bu göstərici iyul ayındakı günlük 32.84 milyon barel proqnozundan  daha azdır.

Qeyd edək ki, BEA bundan əvvəl Çin və Hindistanın da içərisində olduğu inkişaf etməkdə olan ölkələrlə bağlı istehlak proqnozlarını da aşağı salmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır