Belarus sənaye forumu keçiriləcək

29 may – 1 iyun 2018-ci il tarixlərində Belarus Respublikasının paytaxtı Minsk şəhərində Belarus sənaye forumu keçiriləcək.

BBN.az xəbər verir ki, forumda dövlət qurumları, Belarus Respublikasının Sənaye Müəssisələrinin Respublika Assosiasiyası (“BelAPP”) iştirak edəcəklər.

Forumun məqsədi rəqabətədavamlı yüksək texnologiya məhsullarının istehsalını genişləndirilməsi istiqamətində yeni elmi texnologiya və avadanlıqların tətbiqi, beynəlxalq əməkdaşlığın inkişafı və investisiyaların cəlb olunması məsələlərində müəssisə və təşkilatlara dəstək olmaqdır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır