Dövlət başçısının tapşırığına uyğun olaraq, Azərbaycan məhsullarının ixracının dəstəklənməsi, xarici bazarların araşdırılması, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi sahəsində həyata keçirilən kompleks dövlət dəstəyi tədbirlərinin davamı olaraq, Belarus Respublikasının paytaxtı Minsk şəhərində ilk “Azərbaycan Ticarət Evi”nin təşkili işləri davam etdirilir. Ticarət Evinin idarəolunması məqsədi ilə artıq Belarusda “Azərbaycan Ticarət Evi” MMC yaradılıb və 20 fevral 2017-ci il tarixində Minsk Şəhər İcraiyyə Komitəsi tərəfindən qeydiyyata alınıb.
Ticarət Evi Azərbaycan məhsullarının “Made in Azerbaijan” brendi altında Belarus bazarında təşviqi, marketinq araşdırmalarının aparılması, sərgilərdə vahid Azərbaycan stendi ilə iştirak, potensial alıcıların müəyyən edilməsi və əlaqələrin qurulması, Belarus qanunvericiliyi ilə tələb olunan icazə xarakterli sənədlərin (lisenziya və kvotaların) alınması, Belarus bazarına məhsul ixracı və satışında iş adamlarını yaxından dəstəkləyəcəkdir.