Belarusdakı “Azərbaycan Ticarət Evi”nin nümayəndələri Bakıda ixracatçılarla görüşüb

Noyabrın 20-də Bakı Biznes Mərkəzində Belarusdakı “Azərbaycan Ticarət Evi”nin nümayəndələri ilə ixracatçılar arasında görüş keçirilib.

Görüşdə Azərbaycan məhsullarının Belarus bazarında təşviqi və ixracın genişləndirilməsi kimi məsələlər müzakirə olunub, sahibkarların sualları cavablandırılıb.

Qeyd edək ki, Dövlət başçısının tapşırığına uyğun olaraq, Azərbaycan məhsullarının ixracının dəstəklənməsi, xarici bazarların araşdırılması, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi sahəsində həyata keçirilən kompleks dövlət dəstəyi tədbirlərinin nəticəsində yaradılan “Azərbaycan Ticarət Evi” Azərbaycan məhsullarının “Made in Azerbaijan” brendi altında Belarus bazarında təşviqi, marketinq araşdırmalarının aparılması, sərgilərdə vahid Azərbaycan stendi ilə iştirak, potensial alıcıların müəyyən edilməsi və əlaqələrin qurulması, Belarus qanunvericiliyi ilə tələb olunan icazə xarakterli sənədlərin (lisenziya və kvotaların) alınması, Belarus bazarına məhsul ixracı və satışında iş adamlarını yaxından dəstəkləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır