Məmməd Musayev Beynəlxalq Əmək Təşkilatının prezidenti ilə görüşüb

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Beynəlxalq Əmək Təşkilatının prezidenti Qay Rayderlə görüşüb.

BBN.az xəbər verir ki, görüşdə hər iki tərəf üçün maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb və “işəgötürənlər birlikləri haqqında” qanunun hazırlanmasına, o cümlədən Azərtbaycanda  qeyri-formal məşğulluğun aradan qaldırılması istiqamətində beynəlxalq təcrübənin tətbiqinə ehtiyac olduğu vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır