Beynəlxalq Əmək Təşkilatı Bakıda seminar təşkil edib

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə “Bazar iqtisadiyyatı şəraitində Dövlət Əmək Müfəttişliyi Xidmətinin rolu” mövzusunda seminar öz işinə başlayıb. İki gün davam edəcək tədbirin açılışında Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycan Respublikası Milli Məclisinin əmək və sosial siyasət komitəsinin sədri, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının (ASK) prezidenti, BƏT-in şöbə müdiri və baş mütəxəssisi, Rusiyanın Əmək Məsələləri üzrə Elmi-Tədqiqat İnstitutunun sektor müdiri və b. iştirak ediblər.

Səlim Müslümov MDB-də ilk dəfə olaraq Azərbaycan Respublikasında BƏT-lə əməkdaşlıqda bazar iqtisadiyyatı prinsiplərinə cavab verən yeni Əmək Məcəlləsinin hazırlanaraq 1 iyul 1999-cu il tarixdə təsdiq edildiyini, Məcəllənin qəbul olunmazdan əvvəl BƏT-in ekspertləri tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır