20-23 iyun tarixlərində Beynəlxalq Əmək Təşkilatının təşkilatçılığı ilə İsveçrənin Cenevrə şəhərində əmək statistiklərinin 20-ci beynəlxalq konfransına hazırlıq məqsədilə ilə regional tədbiri və məşğulluq statusuna dair yenidən işlənib hazırlanan beynəlxalq təsnifatla bağlı ekspertlərin texniki iclası keçirilir. Tədbirlərə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Əmək statistikası şöbəsinin müdiri, Beynəlxalq Əmək Təşkilatı İşçi qrupunun üzvü Nemət Xuduzadə qatılıb.
Tədbirlərdə ABŞ, İsrail, Rusiya, Moldova və Aİ-na üzv ölkələrin milli statistika qurumlarının və 3 beynəlxalq təşkilatın mütəxəssisləri iştirak edirlər.
İclasın əsas məqsədi Avropa və digər region ölkələrin mütəxəssisləri ilə əmək, məşğulluq və işçi qüvvəsindən tam istifadə olunmaması ilə bağlı müzakirələrin davam etdirilməsi və bu sahədə təcrübə mübadiləsinin aparılmasıdır.