Azərbaycan Beynəlxalq Bankı yeni kampaniyaya start verir

Azərbaycan Beynəlxalq Bankı maraqlı bir kampaniyaya start verir. “Yaşa görə güzəşt” şüarı altında keçirilən kampaniya çərçivəsində bankdan nağd pul krediti əldə edən müştərilər yaşlarından asılı olaraq həm kreditin ödəniş müddətində, həm də illik faiz dərəcəsində güzəştlər qazanacaqlar. Yəni, müştərilər krediti indi alıb, əsas borcu güzəşt müddətindən sonra ödəməyə başlayacaqlar.

Yaşa görə güzəştlər ümumən 18-44 yaş aralığında olan müştərilər üçün ödəniş müddətində 1 ay güzəşt + 1% endirim; 45 və yuxarı yaş qrupuna aid olan müştərilər üçün ödəniş müddətində 2 ay güzəşt + 2% endirim formasında olacaq.

Kampaniya 1 avqust – 15 avqust müddətində keçərlidir. Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini Azərbaycan Beynəlxalq Bankının maaş və pensiya kartı sahibləri bankın bütün filiallarından əldə edə bilər. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Kreditin illik faiz dərəcəsi 25%-dən başlanır. Kredit rəsmiləşdirilən zaman müştəri Avtoödəmə sisteminə qoşulmaqla aylıq ödənişləri banka gəlmədən rahat bir şəkildə həyata keçirə bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır