Bu gün Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin sədri Elmar Məmmədovu vəzifəsində başqa biri əvəz edib. Onun yerinə “Azər-Türk Bank”ın yeni sədri Xalid Əhədov təyin olunub.
Xatırladaq ki, X.Əhədov bu il dekabrın 2-də “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının qərarı ilə Bankın İdarə Heyətinin üzvü seçilib. Həmçinin, Bankın İdarə Heyətinin sədri vəzifəsinin icrası da müvəqqəti olaraq ona həvalə edilib. X.Əhədov bank sahəsi üzrə fəaliyyətə 1999-cu ildən başlayıb. Bu günə qədər «Bank of Baku»ASC-nin İdarə Heyəti sədrinin müavini, “Unibank” ASC-nin icraçı direktoru vəzifələrində çalışıb.Yeni vəzifəyə qədər isə hazırda ləğvetmə prosesində olan “Bank Standard” ASC-nin İdarə Heyətinin sədri olub.
Mənbə: fins.az