Beynəlxalq Ekoenergetika Akademiyası ilə “SOCAR Methanol” arasında memorandum imzalanıb

8 avqust 2017-ci il tarixində Beynəlxalq Ekoenergetika Akademiyası ilə “SOCAR Methanol” MMC arasında anlaşma memorandumu imzalanıb.

Memorandumu Beynəlxalq Ekoenergetika Akademiyasının Prezidenti professor Fəqan Əliyev və “SOCAR Methanol” MMC-nin baş direktoru Elnur Mustafayev imzalayıb.

Qeyd edək ki, Azərbaycanda qaz-kimya sahəsində ilk istehsal obyekti olan metanol zavodu ilə ekoloji və təmiz enerji mənbələrinin tətqiqində yüksək nailiyyətlər əldə etmiş akademiyanın əlaqələrini möhkəmləndirən bu memorandumun məqsədi iki qurum arasında elmi-texniki əməkdaşlıq yaratmaq və təkmilləşdirməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır