2015-ci ildən kapitalını artırmağı hədəfləyən DəmirBank iyun ayının 29-da bu haqda qərar verib və qərar Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim olunub . Belə ki, 11 beynəlxalq investor DəmirBankın məcmu kapitalının artırılması qərarına gəlib.
Bu qərar bankın xarici öhdəliyinin , yəni 105 milyon dolların 1-ci dərəcəli kapitala çevrilməsini nəzərdə tutur.
Beynəlxalq investorlar sırasında Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Qara dəniz Ticarət və İnkişaf Təşkilatı, German DEG (KfW Group), Hollandiya Maliyyə Təşkilatı (FMO), İsveçrə responsAbility Investments AG, OPEK Beynəlxalq İnkişaf Fondu və digər maliyyə nəhəngləri yer alır.
Qeyd edək ki, qərara əsasən, beynəlxalq investorlar Azərbaycanın maliyyə sektorunda əsas beynəlxalq oyunçulardan biri olmaq üçün inkişaf etdiriləcək DəmirBank-ın əsas səhmdarları olacaqlar.