İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Avrasiya regionu üzrə təmsilçiləri Patrik Pruzinski, Lisa Klinger və Daniel Quadbek, İsveçrənin OrientSwiss şirkətinin qurucusu və rəhbəri Mehrzad Khoi, eləcə də şirkətin Qazaxıstan nümayəndəliyinin direktoru Sardor Muxamadaliev “BİR PƏNCƏRƏ” İxraca Dəstək Mərkəzində olub
BBN.az xəbər verir ki, Beynəlxalq qurumların təmsilçiləri “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində rəqəmsal ticarət sahəsində görülən işlər barədə fikir mübadiləsi aparıblar.
Xarici qonaqlara “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə dövlət qurumlarının xidmətlərindən və funksional xüsusiyyətləri barədə ətraflı məlumat verib.
O bildirib ki, ixracatçı sahibkarlar vahid məkandan ixracat üçün bütün prosedurları ən qısa bir müddətdə və daha az resurs sərf etməklə əldə edirlər. Hazırda Azərbaycan İxracatının 15%-ə qədər hissəsi “Bir pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilir. Hazırda “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində ixracatçılara maliyyə, bank, sığorta, marketinq, brendinq və s. sahələrdə məsləhət xidməti və təlimlər də keçirilir.