Azərbaycan nümayəndə heyəti Belarus Respublikasının Minsk şəhərində 26-cı telekommunikasiya, rabitə, təhlükəsizlik və informasiya texnologiyaları üzrə ixtisaslaşdırılmış beynəlxalq “TİBO-2019” sərgi-forumunda iştirak edir.
Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə dövlət qurumlarının və özəl şirkətlərin 15-ə yaxın təmsilçisi daxildir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aztelekom”, “Baktelekom”, Dövlət Radiotezliklər İdarəsi, Məlumat Hesablama Mərkəzi, “AzInTelecom”, “Azərmarka”, Yüksək Texnologiyalar Parkının nümayəndələri sərgi-foruma qatılıblar.
Forumda 16 ölkədən 100 şirkətin nümayəndəsi iştirak edir.