“Beynəlxalq Valyuta Fondu ilə ikitərəfli əməkdaşlıq genişləndiriləcək”

Mərkəzi Bankın sədri Elman Rüstəmov Beynəlxalq Valyuta Fondunun (BVF) Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azurun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş zamanı ölkədə makroiqtisadi proseslər, maliyyə sektorundakı vəziyyət, tədiyə balansının stabilləşməsi kimi məsələlər müzakirə edilib.

Görüşdə E.Rüstəmov ölkədəki makroiqtisadi vəziyyət, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələnməsi, ölkənin xarici mövqeyi, Mərkəzi Bankın pul siyasəti, həyata keçirilən struktur islahatları barədə ətraflı məlumat verib.

Öz növbəsində Cihad Azur qeyd edib ki, bundan sonra da BVF tərəfindən ölkədə makroiqtisadi siyasətin uğurla həyata keçirilməsi istiqamətində səylərin gücləndirilməsinə dəstək veriləcək, bu sahədə ikitərəfli əməkdaşlığı genişləndiriləcək, yeni siyasət alətlərinin və mexanizmlərinin istifadə olunması imkanlarına baxılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır