Beynəlxalq Valyuta Fondu neft proqnozlarını açıqlayıb

Beynəlxalq Valyuta Fondu (IMF) yenilənmiş “World Economic Outlook” dünya iqtisadiyyatı üzrə iyul icmal hesabatını açıqlayıb.

Hesabatda 2017 və 2018-ci illər üçün neft proqnozları da açıqlanıb. Proqnoza görə, neft 2017-ci il üçün 51,9 dollar/barel, 2018-ci il üçün 52 dollar/barel olaraq göstərilib.

Fondun analitiklərinin fikrincə, neft qiymətləri ABŞ-da yüksək hasilat həcmi və təklifin artması nəticəsində azalır: “2016-cı ilin ikinci yarısında başlayan neft qiymətlərinin artması nəticəsində inflyasiyanın yüksəlməsi prosesi də artıq zəifləyib”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır