Müasir təhsil sistemi və iş əqli fəaliyyətimizi məhdudlaşdırır. Bizi hərtərəfli inkişafa görə deyil, ayrı-ayrı bacarıqların mənimsənilməsinə görə tərifləyirlər, yeniləri dərk etməyə deyil, konkret sferalarda peşəkarlığa can atmağa çağırırlar. Bu haldan çıxmaq və çoxlarını uzaq uşaqlıqda söndürən yaradıcılıq alovunu yenidən özündə yandırmaq zəruridir. Mən uşaq olanda “Leqo” oyunundan çox xoşum gəlirdi. İndi raket modellərini yaradaraq işə salıram. Bu, təkcə əyləncəli və şən məşğuliyyət deyil, həm də mənə həyata uşaq baxışını saxlamağa, daim öyrənməyə və təkmilləşməyə kömək edir. İnsanın əqli inkişafı yeniyetmə dövründə ən yüksək həddə çatır və 40 yaşına qədər bu səviyyədə qalır. Sonra tədricən əks istiqamətdə hərəkət başlayır və ölənədək davam edir. Belə bir fikir mövcuddur ki, baş beynin qabığındakı neyronların sayı hələ uşaqlıqda maksimuma çatır, sonra isə azalır. Həmçinin, hesab edilir ki, neyronlar daimi əlaqələrlə birləşdirilib. Bu belə deyil. Yeni neyronlar həyat boyu əmələ gəlir, habelə sinaptik əlaqələr də həyat boyu yaranır və məhv olur.
Beyninizi inkişaf etdirib-etdirməmənizdən asılı olaraq, əsəb hüceyrələri və neyron əlaqələrinin sayı artıb azalacaq. Niyə raketləri modelləşdirmək və işə salmaq istəməyim həm də bununla izah olunur. Əlbəttə, mənim işim maraqlı və məsuliyyətlidir: yeni şirkətləri və onların rəhbərlərini qiymətləndirirəm. Amma o artıq adi və gözlənilən olub. Ona görə də özüm üçün hər cür qeyri-adi məşğuliyyətlər tapmağa çalışıram. Yeni bacarıqları əldə edərək təkmilləşdirməklə beynimi inkişaf etdirirəm. Ötən il şüşə liflərlə işləməyi öyrəndim və yüksək səsli raketləri modelləşdirməyə başladım. Bu maraq biznesdə kömək edir: nanotexnologiyalardan tutmuş sintetik biologiyaya qədər hər şey mənə maraqlıdır. Düşünməyin ki, mən qəribəyəm: şirkətimin təcrübəsi göstərir ki, oyun mədəniyyəti yaxşı bar verir.