BFB “Bilik mübadiləsi” layihəsi çərçivəsində seminar təşkil edib

22 noyabr 2017-cı il tarixində Bakı Fond Birjası (BFB) tərəfindən Azərbaycan Diplomatik Akademiyasinda (ADA) “Bilik mübadiləsi” layihəsi çərçivəsində “ Kapital Bazarları – MASTERCLASS” təlimi keçirilib.

Təlim ərzində  BFB-nin peşakar təlimçiləri olan Ticarət və Üzvlük qrupunun rəhbəri Rəxşəndə Əlili və Biznesin İnkişafı qrupunun aparıcı mütəxəssisi  Əli Orucov geniş təqdimatla çıxış edib. Təqdimatlarda iştirakçılara maliyyə bazarlarının növləri və fəaliyyət mexanizmləri, BFB-də qiymətli kağızlarla ticarət və listinq, post-ticarət əməliyyatları, qiymətli kağızları kütləvi ticarət olunan şirkət olmağın üstünlükləri, eləcədə “IPO” mövzuları barədə nəzəri və praktiki biliklərə dair geniş məlumat verilib.

Qeyd edək ki, təlimlərin keçirilməsində məqsəd tələbələrə Azərbaycanda sahiblik düşüncə tərzinin formalaşdırılması, kapital bazarlarının təşviqi, kapital bazarlarına yönəlik gənc mütəxəssislərin hazırlanması istiqamətində nəzəri və praktiki yönümlü institutlar arasında sinerjinin təmin edilməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır