BFB-də cari dövriyyə həcmi ötən ilin məcmu dövriyyəsini keçib

Bakı Fond Birjasında ticarət olunan bazarlar üzrə cari dövriyyə həcmi ötən ilin məcmu dövriyyəsini keçib.

Belə ki, 2017-ci ilin əvvəlindən 15 avqust tarixinə olan əməliyyatların həcmi ötən ilin illik dövriyyə həcmini keçərək 5.8 milyard manat olub.

Qeyd edək ki, 2016-cı ilin bütün bazarlar üzrə ticarət əməliyyatlarının illik dövriyəsi  5.7 milyard manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır