Bakı Fond Birjasında ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyəsi açıqlanıb. Belə ki, cəmi əməliyyatların həcmi üzrə ən çox dövriyyəsi olan şirkət 2 071.87 mln. manatla “Unicapital İnvestisiya Şirkəti” olub. “İnvest-Az İnvestisiya Şirkəti” nin dövriyyəsi 859.36 mln. manat, “Paşa Kapital İnvestisiya Şirkəti” nin dövriyyəsi 794.57 mln. manat təşkil edib. “AzFinance” dövriyyəsi 563.74 mln. manat, “PSG Kapital” 98.47 mln. manat, “Kapital Menecment” in dövriyyəsi isə 42.92 mln. manat olub.
Qeyd edək ki, “İnvest-Az İnvestisiya Şirkəti” QSC törəmə maliyyə alətləri bazarında likvidlik təminatçısı kimi çıxış edir