Bakı Fond Birjasında ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyəsi açıqlanıb. Belə ki, 2017-ci il yanvar-iyul ayları üzrə cəmi əməliyyatların həcmi üzrə ən çox dövriyyəsi olan şirkət 2 641.8 mln. manatla “Unicapital İnvestisiya Şirkəti” olub. “Paşa Kapital İnvestisiya Şirkəti” nin dövriyyəsi 1488.1 mln. manat, “İnvest-Az İnvestisiya Şirkəti” nin dövriyyəsi 1289.8 mln. manat təşkil edib. “AzFinance” dövriyyəsi 1083.3 mln. manat, “PSG Kapital” 137.3 mln. manat, “Kapital Menecment” in dövriyyəsi isə 53.3 mln. manat olub.
Qeyd edək ki, “İnvest-Az İnvestisiya Şirkəti” QSC törəmə maliyyə alətləri bazarında likvidlik təminatçısı kimi çıxış edir