Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun İnformasiya sistemlərinə dəstək xidmətlərinin göstərilməsi üzrə xidmətlərin satın alınmasına dair Açıq tender ilə bağlı müddətlərdə aşağıdakı dəyişikliklər edilib:
BBN.az xəbər verir ki, tender üzrə ilkin sənədlər 21 sentyabr 2018-ci il saat 18.00-dək, təklif zərfləri və təklifin təminatı isə 02 oktyabr 2018-ci il saat 18.00-dək Fondun Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında qəbul ediləcək. Təklif zərfləri 03 oktyabr 2018-ci il saat 15.00-da Fondun inzibati binasında açılacaq.
Təklifin qüvvədə olma müddəti 16 noyabr 2018-ci il, təklifin təminatının qüvvədə olma müddəti 7 yanvar 2019-cu iltarixinədək müəyyən edilib.