Bill Gates “texnoloji şəhər” layihəsi üçün işə başlayıb

“Microsoft”un qurucusu Bill Gates “ağıllı şəhər” layihəsi üçün işə başlayıb.

Belə ki, B.Gatesə aid investisiya firmalarından biri Arizona əyalətində yeni şəhər qurmaq üçün 80 milyard dollar dəyərində ərazini alıb. 100 kilometrlik bu ərazidə “ağıllı şəhər”in qurulacağı bildirilib.

“Habertürk”ün məlumatına görə, 80 min evin yer alacağı bölgədə 15 km ərazinin ofislər və ticarət bölgələrinə, 2 km ərazinin isə məktəblərə ayrılacağı bildirilib.

Qeyd edək ki, bu ərazinin ABŞ-ın “ən texnoloji şəhəri” olması gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır