2017-ci ilin aprel ayı ərzində dövriyyədə olan debet kartlarının ümumi sayı 4.8 milyon ədəd olub. Ötən ayla müqayisədə bu göstərici 29 min ədəd daha çoxdur. Həmçinin, aprel ayında debet kartları ilə aparılan əməliyyatların həcmi 0.98 milyard manat olub. Əvvəlki ayla müqayisədə əməliyyatların həcmi 192 milyon manat məbləğində azalıb.
Qeyd edək ki, orta hesabla aprel ayı ərzində 1 debet kartla 204 manat məbləğində əməliyyat aparılıb. Bu da ötən ayla müqayisədə təqribən 36 manat azdır.