“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə 220 min ABŞ dolları miqdarında ixrac həyata keçirilib

Azərbaycanın “EL-Metal Ltd” şirkəti “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə Türkiyə Cümhuriyyətinə 220 min ABŞ dolları miqdarında, 500 tonluq polad pəstah (düzbucaqlı) məhsulunun ixracı ilə bağlı mənşə sertifikatı alıb.

“EL-Metal Ltd” şirkətinin nümayəndəsi Rafiq İmanov bildirib ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində ixrac prosedurları ilə bağlı sənədlərin toplanması operativ və səmərəli şəkildə mümkün olur. O əlavə edib ki, “EL-Metal Ltd” şirkəti bundan sonra da ixrac prosedurlarını “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirməyi planlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır